RU

Yasamaldakı yanğına görə həbs olunan klinika direktorunun - FOTOLARI

BAKI, 25 noyabr. TELEQRAF

Xəbər verdiyimiz kimi, Yasamaldakı çoxmərtəbəli binada baş vermis yanğınla bağlı “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayev həbs olunub.

Teleqraf Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən Bəhruz Paşayevin fotosunu əldə edib.

Qeyd edək ki, Bəhruz Paşayevin rəhbəri olduğu “TAXES GROUP” MMC dövlət qeydiyyatına 2018-ci ildə alınıb. Şirkətin hazırda 6436.04 AZN vergi borcu da mövcuddur.“Loft Dent” klinikası isə sözügedən obyektdə 2023-cü ildə fəaliyyətə başlayıb.

Xatırladaq ki, istintaqla, hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş “TAXES GROUP” MMC-in (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozub ehtiyatsızlıqdan 3 şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Избранный
40
11
teleqraf.com

10Источники