RU

Ukrayna dronları Taqanroqu vurdu, aerodromda təyyarə yandı

Rusiyanın Rostov vilayətindəki Taqanroq sakinləri 25 noyabr gecəsi hava hücumundan sonra hərbi aerodromda təyyarənin alovlandığını bildiriblər.

Bu barədə 25 noyabrda Rusiyanın “Astra” nəşri məlumat yayıb. Jurnalistlərin təhlilinə görə, yerli sakinlər tərəfindən yerləşdirilən video yanğından təxminən 700-800 metr aralıda, Sadovıy küçəsindən çəkilib. Təyyarə Beriyev Təyyarə Şirkətinin (Taqanroq Aviasiya Elmi-Texniki Kompleksi) əsas sınaq bazası olan Taqanroq-Yujnı hərbi aerodromunda yanıb.

“Astra” qeyd edib ki, yanğın birbaşa uçuş-enmə zolağında və ya ona yaxın yerdə baş verib. Açıqlamaya görə, Beriyev Taqanroq Aviasiya Elmi-Texniki Kompleksi amfibiya təyyarələrinin və xüsusi təyinatlı aviasiya sistemlərinin hazırlanması, seriyalı istehsalı, modernləşdirilməsi və təmiri üzrə ixtisaslaşmış təyyarə istehsalı müəssisəsidir. Zavod həmçinin Rusiya Hərbi Dəniz Qüvvələrinin və Rusiya Hərbi Hava Qüvvələrinin Uzaq Mənzilli Aviasiyasının təyyarələri üçün əsaslı təmir işləri aparır.

Mer Svetlana Kambulova qeyd edib ki, şəhərə gecə ərzində endirilən kütləvi hava hücumu nəticəsində iki çoxmənzilli binaya, bir fərdi evə, Mexanika Kollecinin binasına, iki sənaye müəssisəsinə və 17 nömrəli uşaq bağçasına ziyan dəyib. Vilayat qubernatoru Yuri Slyusar Ukraynanın Taqanroqa hücumu nəticəsində üç nəfərin öldüyünü, 10 nəfər yaralandığını da əlavə edib.

//Samir Qurbanov, Editor.az

Избранный
78
editor.az

1Источники