BAKI, 25 noyabr. TELEQRAF
İspaniyanın "Real Madrid" klubu ciddi itki ilə üzləşib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisinin qapıçısı Tibo Kurtua sıradan çıxıb.
Belçikalı futbolçuya mədə-bağırsaq infeksiyası diaqnozu qoyulub. O, komandasının UEFA Çempionlar Liqasının V turu çərçivəsində Yunanıstanda "Olimpiakos"la keçiriləcək oyununu buraxacaq
Qeyd edək ki, Tibo Kurtua cari mövsüm ərzində 17 matçda iştirak edib.
"Olimpiakos"- "Real Madrid" görüşü noyabrın 26-da keçiriləcək.