RU

Kirayədə qaldığı evi taladı polis saxladı

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Paytaxtın Nəsimi rayonunda talama cinayətləri baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, rayon sakini olan bir nəfər polisə müraciət edərək kirayə verdiyi evdə yaşayan şəxsin oradan məişət əşyalarını oğurlamasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 48 yaşlı E.Əliyev şübhəli şəxs qismində saxlanılıb. 

Şöbə əməkdaşlarının rayon ərazisində keçirdikləri digər əməliyyat-axtarış tədbirlərilə isə bir nəfərə məxsus dəyəri 600 manat olan velosiped, eyni zamanda aptekdən oğurluq edən iki nəfər- 47 yaşlı O.Eyyubov və həmyaşıdı T.Həsənov da müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
3
redaktor.az

4Источники