RU

bp AÇG-də neftvermənin artırılması üzrə texnologiyaların tətbiqinin riskləri barədə danışıb

Bakı. Trend:

Neftvermənin artırılması texnologiyalarının (EOR) tətbiqi ciddirisklərlə müşayiət olunur - buna “Azəri-Çıraq-Günəşli” (AÇG)yatağında bahalı quyuların potensial itkisi də daxildir.

Trend xəbər verirki, bunu bu gün AÇG sahəsinin işlənilməsi üzrə meneceri ƏfqanHüseynov Bakıda keçirilən SPE Xəzər Texniki Konfransında deyib.

Onun sözlərinə görə, iki pilot layihə çərçivəsində üç quyuseçilib və AÇG-də dənizdə qazma işlərinin aparılması iri həcmliinvestisiyalar tələb edir.

“Biz riskləri təhlil etmişik və bilməliyik ki, bu quyuları itirəbilərik. Bu cür layihələrin real qiyməti budur. Əgər hər hansıelement işləməzsə, məsələn, su vurulan injektor quyusu kimi birquyu bağlana bilər və onun silinməsinə hazır olmaq lazımdır”, – A.Hüseynov vurğulayıb.

O qeyd edib ki, texnologiyanın nə üçün tətbiq edildiyini,dəyərin harada yaradıldığını, hansı müddətdə və hansı pilotsahələrdə sınaqdan keçirilməli olduğunu dəqiq anlamaq vacibdir.

A.Hüseynov həmçinin təklif olunan dəstəyə görə SOCAR-aminnətdarlığını ifadə edib. “Çoxsaylı, bəlkə də fəaliyyətsiz qalanquyuların mövcudluğu fonunda SOCAR bizə – əgər EOR daxil olmaqlakonkret layihələr varsa – təcrübələr aparılması üçün quyular təqdimetməyi təklif edib. Lakin risk profilini dəqiq anlamaq vacibdir”, –deyə o bildirib.

A. Hüseynovun sözlərinə görə, quyuların xaotik şəkildəitirilməsi ciddi nəticələrə səbəb ola bilər.

“EOR – müəyyən mərhələdə mütləq tətbiq olunmalı texnologiyadır,lakin onunla bağlı risklərə hazır olmaq vacibdir”, – bp nümayəndəsiqeyd edib.

Məqalədə:
Избранный
66
az.trend.az

1Источники