RU

bp AÇG yatağında hasilatın artırılması üzrə planlarını açıqlayıb

Bakı. Trend:

“Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı üzrə əsas prioritetlərimizdənbiri həm qısamüddətli, həm də uzunmüddətli planları nəzərə alaraqhasilatı artırmaqdır.

Bunu Trend-əaçıqlamasında bp şirkətinin AÇG sahəsinin işlənməsi üzrə meneceriƏfqan Hüseynov bu gün Bakıda keçirilən SPE 2025 Xəzər TexnikiKonfransı çərçivəsində deyib.

O bildirib ki, bp-nin AÇG üçün xüsusi planları var: "Bunlardanən əsası texnologiyaların tətbiqidir. Yeni texnologiyaları nəzərəalsaq, artıq horizontal quyuların qazılmasına başlanılıb. Buquyular yatağın bəzi yerlərində 1 km-dən dərin olacaq. Ümumiyətlə,hədəfimiz yerdə qalan platformalarda yeni quyu imkanlarınıartırmaqdır. Yəni əsas məqsədimiz AÇG yatağında yerdə qalan neftinhasilatını təşkil etməkdir".

Ə. Hüseynov vurğulayıb ki, gələcəkdə AÇG yatağının bir neçəmilyard barel hasilat potensialı var: "Beynəlxaq şirkət olaraqölkədə bu hasilat potensialını reallaşdırmağa çalışırıq. Buhasilatın yerinə yetirilməsində isə yeni texnologiyaların tətbiqizəruri olacaq. bp olaraq yeni texnologiyalardan istifadəni öhdəlikgötürmüşük. “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının maksimum hasilatpotensialının yerinə yetirilməsində əlimizdən gələni edəcəyik".

bp rəsmisi qeyd edib ki, gələcək illərdə AÇG yatağında hasilatınümumi azalma tempini 3-5% səviyyəsində saxlamağa hədəfləyiblər: "Buçox böyük nailiyyət olar. Ümumilikdə, AÇG yatağında 160 işləkquyumuz var. Onların hasilatını suvurma, qazvurma üsulu iləartırmağa çalışırıq. Bundan başqa, qabaqcıl texnologiyalarıntətbiqi ilə yeni quyuların qazılmasına çalışırıq".

"AÇG yatağı ilə bağlı müəyyən çətinliklər mövcuddur. Yataq 30ildir hasilatdadır. Düşünürük ki, yeni texnologiyaların tətbiqi iləyatağın hasilatını artıra bilərik. Bundan sonra hələ yatağın ən azıonilliklərlə potensialı var.

bp şirkətinin AÇG yatağı ilə bağlı növbəti 5 ildə yenitexnologiyaların tətbiqi üzrə pilot layihərlə bağlı böyük planlarıvar. Yaxın 5 ildə yataqda yeni texnologiyaların tətbiqindəmaraqlıyıq.

Ümumilikdə, bp olaraq əsas prioritetimiz AÇG yatağından maksimumhasilatın əldə edilməsi, yaxın illərdə yatağda hasilat tempininaşağı düşməsini nəzarətdə saxlamaqdır", - o əlavə edib.

Məqalədə:
Избранный
76
1
az.trend.az

2Источники