Ölkənin birinci bankı “Kapital Bank” gənclərin karyera və şəxsi inkişafına dəstək missiyasını davam etdirir. Məlum olduğu kimi bank ali məktəblərdə “Kapital Bank” otaqlarını tələbələrin istifadəsinə verməklə onların təhsilinə və fərdi inkişafına dəstək olmağa  çalışır. Belə ki, bu otaqlarda maliyyə istiqamətində fərqli seminarlar, təlimlər və masterklasslar keçirilir.