RU

Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib (FOTO)

Bakı.Trend:

Energetika naziri Pərviz Şahbazov Bakı, Sumqayıt şəhərləri vəGöyçay rayonundan olan vətəndaşları qəbul edib.

Trend xəbərverir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlikdə təşkil olunmuş qəbul zamanı qaztəchizatı, qaz sərfiyyatı üzrə borcun yaranması, elektrik vəistilik enerjisi təchizatı, elektrik və qaz sayğaclarınınquraşdırılması, işlə təminat və digər istiqamətlərdə müraciətlərdinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinəuyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlarverilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaşmüraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbərvəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmiinternet saytında yerləşdirilib.

Energetika
Energetika
Energetika
Energetika
Избранный
87
3
az.trend.az

6Источники