Fəvvarələr meydanında yaradılan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasındakı köşklərdən birində yanğın baş verib.
Hurriyyet Modern.az-a istinadla xəbər verir ki, yanğınla bağlı görüntüləri “Operativ Media” yayıb.
Məlumata görə, yanğın qısa zamanda söndürülüb.
Qeyd edək ki, yarmarka bağlı olub, bu gün 19:00-dan sonra açılışı nəzərdə tutulub.