RU

Luvrdan oğurluq edən sonuncu şübhəli də saxlanıldı

525.az saytına istinadən ain.az xəbər verir.

Luvrdakı oğurluqla bağlı şübhəli bilinən dördüncü şəxs Parisdə saxlanılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan həmin şəxs müvəqqəti saxlanma kamerasına yerləşdirilib.

Saxlanılanların hamısı mütəşəkkil cinayətkar dəstə yaratmaqda və dəstənin tərkibində oğurluq etməkdə ittiham edilir.

Qeyd edək ki, Luvrda oğurluq edən 2 nəfər hələ oktyabrın axırında, 1 nəfər isə bu ayın əvvəlində saxlanılmışdı. Oğurlanan əşyaların yeri hələ də bəlli deyil.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
525.az

1Источники