RU

Qarabağ İtaliya çempionuna qarşı Heyətlər

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tur start götürəcək.  Sport24.az xəbər verir ki, bu turnirdəki təmsilçimiz "Qarabağ" da bu gün meydana çıxanlar arasında olacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Ağdam səfərdə "Napoli"nin qonağı olacaq.

4 turdan sonra ağdamlılar 7 xalla turnir cədvəlində 15-ci pillədə, İtaliya klubu isə 4 xalla 24-cü yerdə qərarlaşıb. Təmsilçimiz "Benfika" (3:2) və "Kopenhagen"i (2:0) məğlub edib, "Çelsi" ilə bərabərə (2:2) qalıb və yalnız Bilbao "Atletik"inə uduzub (1:3). 

Neapol təmsilçisi isə səfərdə "Mançester Siti"yə (0:2), PSV-yə (2:6) uduzub. Öz meydanında isə "Sportinq"ə (2:1) qalib gəlib və "Ayntraxt"la (0:0) "sülh" bağlayıb. 

Qeyd edək ki, qarşılaşmanın baş hakimi polşalı  Şimon Marçinyak olacaq. 

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, V tur

26 noyabr

00:00. "Napoli" (İtaliya) - "Qarabağ" (Azərbaycan)Hakimlər: Şimon Marçinyak, Adam Kupsik, Tomaş Listkeviç, Voytsex Mlts (Polşa)VAR: Pol van Bukel (Niderland)AVAR: İvan Bebek (Xorvatiya)Neapol. "Stadio Diego Armando Maradona"

"Napoli": 32. M.Saviç, 17. Olivera, 4. Buongiorno, 31. Beukema, 22.Di Lorenzo, 8. McTominay, 68, Labotka, 13.A.Rahmani, 7. David Neres, 19. Hoylun, 70.Lang

Baş məşqçi: Antonio Konte

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Meteus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalo, 11. Addai, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran

Baş məşqçi: Qurban Qurbanov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
sport24.az

1Источники