RU

“Soyuq Əllər, İsti Ürək” yarmarkasındakı yanğında bir nəfər tüstüdən zəhərlənib

Bakının Fəvvarələr Meydanında təşkil edilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasında baş verən yanğında bir nəfər tüstüdən zəhərlənib.Bu barədə TƏBİB-dən məlumat verilib.

"Noyabrın 25-də saat 18:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami küçəsindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (kişi) tüstüdən zəhərlənmə diaqnozu ilə zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub", - məlumatda qeyd olunub.

***

Fəvvarələr meydanında yaradılan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasındakı köşklərdən birində yanğın baş verib.

Yanğınla bağlı görüntüləri “Operativ Media” yayıb.

Məlumata görə, yanğın qısa zamanda söndürülüb.

Yarmarka bağlı olub, bu gün 19:00-dan sonra açılışı nəzərdə tutulub.

Избранный
21
2
anews.az

3Источники