Çempionlar Liqasının Liqa mərhələsində V turun həyəcanı davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün daha 9 qarşılaşma oynanılacaq.
Günün ən maraqlı oyunu Londonda baş tutacaq. "Arsenal" "Bayern Münhen"i qəbul edəcək. Hər iki komanda ilk 4 oyunun hamısında qələbə qazanıb. Görək, hansı komandanın seriyası qırılacaq?
Prinsipial matçlardan biri də Madriddə oynanılacaq. "Atletiko" "İnter"lə üz-üzə gələcək.
"Real Madrid" "Olimpiakos"la səfərdə, "Liverpul" isə PSV ilə evində qarşılaşacaq.
Çempionlar Liqası, Liqa mərhələsi V tur
26 noyabr (çərşənbə)
21:45 "Kopenhagen" - "Kayrat"
21:45 "Pafos" - "Monako"
00:00 "Arsenal" - "Bayern Münhen"
00:00 "Olimpiakos" - "Real Madrid"
00:00 "Atletiko" (Madrid) - "İnter
00:00 "Sportinq" (Lissabon) - "Brügge"
00:00 PSJ - "Tottenhem"
00:00 Ayntraxt" (Frankfurt) - "Atalanta"
00:00 "Liverpul" - PSV