“Bloomberg” Vladimir Putinin xarici siyasət üzrə baş müşaviri Yuri Uşakov və Rusiya prezidentinin iqtisadi müşaviri Kirill Dmitriyev arasında 29 oktyabrda, eləcə də Uşakovla Trampın xüsusi elçisi Stiv Vitkov arasında 14 oktyabrda baş tutan telefon danışıqlarının stenoqramını dərc edib.
“Cebheinfo.az” xəbər verir ki, Vitkov söhbətdə deyib: "Zelenski cümə günü Ağ Evə gəlir. Mən həmin görüşə gedəcəyəm, çünki onlar mənim orada olmağımı istəyirlər, amma düşünürəm ki, mümkünsə, həmin cümə görüşündən əvvəl sizin bossla danışmalıyıq".
Bu söhbətdən iki gün sonra Tramp və Putin arasında telefon danışığı olub. Putinlə danışdıqdan sonra ABŞ Prezidenti onunla Budapeştdə görüşmək istəyini bildirib.
Xəzər
“Cebheinfo.az”