RU

“HP” şirkəti 6 minədək iş yerinin ixtisar etməyi planlaşdırır

Bakı, 26 noyabr, AZƏRTAC

“HP” şirkəti süni intellektin geniş tətbiqi sayəsində 6 minədək iş yerinin ixtisar etməyi planlaşdırır. Bu şirkətin əməkdaşlarının təxminən 10 faizinə bərabərdir.

AZƏRTAC xəbər verir ki, ixtisarların 2028-ci ilədək tamamlanacağı gözlənilir. “HP” şirkətinin baş direktoru Enrike Loresin sözlərinə görə, atılan addımlar üç il ərzində 1 milyard dollar vəsaitə qənaət etməyə imkan verəcək. İxtisarlar əsasən istehsalat, idarəetmə və müştəri xidmətləri sahələrini əhatə edəcək.

“HP” ilin əvvəlində də 2 minədək iş yerinin ləğv ediləcəyini açıqlamışdı. Ötən ilin oktyabrına olan məlumata görə, şirkətdə təxminən 58 min əməkdaş çalışır.

Son maliyyə rübündə şirkətin gəlirləri 3 faiz artaraq 55,3 milyard dollara yüksəlib, mənfəət isə 9 faiz azalaraq 2,5 milyard dollar təşkil edib.

Xatırladaq ki, son aylarda ABŞ-ın texnologiya sektorunda bir sıra şirkətlər süni intellekt tətbiqləri fonunda iş yerlərini azaldırlar. Oktyabr ayında “Amazon” şirkəti 14 minədək inzibati vəzifənin ixtisar ediləcəyini açıqlamışdı.

Избранный
135
1
azertag.az

2Источники