“Santos”un futbolçusu Neymar yenidən zədələnib.
Gundem.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, 33 yaşlı hücumçu sol dizindən zədə alıb. O, Braziliya A seriyasının 35-ci turunun “İnternasional”la oyunu ərəfəsində ağrı hiss edib və bu səbəbdən matçı buraxıb.
Forvardın növbəti oyuna qatılacağı gözlənilirdi, lakin onun zədəsinin daha ciddi olduğu müəyyənləşib. Braziliyalı forvard bu il meydana çıxmayacaq.