RU

BCG geoloji-texniki əməliyyatlarda süni intellektin tətbiqi üzrə yeni model təqdim edib

Bakı. Trend:

“Boston Consulting Group” (BCG) geoloji-texniki əməliyyatlardasüni intellektin tətbiqi üçün yeni arxitektura hazırlayıb və onuntətbiqinə başlayıb. Bu, arxitektura əsas mühəndis alətlərini əvəzetmədən məlumatların interpretasiyasını xeyli sürətləndirməyə imkanverir.

Trend xəbər verirki, bunu “Boston Consulting Group” (BGG) idarəedici direktoru AntonAristov Bakıda keçirilən SPE 2025 Xəzər Texniki Konfransındabildirib.

Onun sözlərinə görə, BCG-nin modeli bir neçə ixtisaslaşmış süniintellekt agentlərinin üzərinə düşən rutin prosesləri (ilkinməlumat toplanmasından və işarələnməsindən tutmuş seçilmişfraqmentlərin təhlilinə qədər) əhatə edir.

Bu, şirkətlərə qərar qəbul etmə müddətlərini qısaltmağa vəlayihələrin iqtisadi səmərəliliyini artırmağa imkan verir, bunuişçi heyətinin xərclərini azaltmaqla deyil, yalnız erkənfəaliyyətlər sayəsində əldə edirlər.

Aristov vurğulayıb ki, yekun nəticələrə görə məsuliyyətmühəndisin üzərində qalır, süni intellekt yalnız ekspertizanıgücləndirir və iş dövrlərini sürətləndirir.

“Bizim yanaşmamız mühəndis alətlərini əvəz etmir, onları sadəcədaha sürətli edir – rutin əməliyyatları süni intellekt agentləriicra edir, mütəxəssislər isə əsas texniki məsələlərə fokuslanır,” -deyə o bildirib.

Избранный
71
az.trend.az

1Источники