RU

“Bunu Rusiyanın təxribatı kimi dəyərləndirirəm” SƏRDAR CƏLALOĞLU BAYRAQ QALMAQALI HAQDA DANIŞDI

Hurriyyet saytından alınan məlumata görə, ain.az bildirir.

“Açığı, bu məsələ köhnə bir məsələdir. Azərbaycanda Zəfər paradı keçiriləndə oktyabr inqilabının ildönümündə 3-4 adam də o cürə bir tədbir keçiriblər və Azərbaycan və SSRİ-nin bayraqları ilə ora çıxıblar”. 

Bu barədə Hurriyyet.az-a Azərbaycan Demokat Partiyasının sədri Sərdar Cəlaloğlu SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin saxlanılması ilə bağlı danışarkən deyib.

“Bundan əvvəl də buna oxşar bir hadisə 9 may paradı ərəfəsində İmişlidə olmuşdu: “Bir qrup adam çıxıb orada SSRİ bayraqları ilə guya, paradı qeyd etmişdilər. Bu, Rusiyanın Azərbaycandakı tərəfdarlarının, onların gizli ocaqlarının fəaliyyəti ilə bağlıdır. Əslində, burada Sovet Azərbaycanın, SSRİ-nin bayrağını çıxartmaq o deməkdir ki, bu adamlar müstəqil Azərbaycanla barışmırlar. Bunlar Azərbaycanın indiki siyasi sistemi, “ictimai ukladı” ilə barışmırlar və daha çox Azərbaycanı Sovet Sosialist Respublikası kimi, SSRİ-nin tərkibində görürlər”,-deyə ADP sədri əlavə edib. 

S.Cəlaloğunun fikrincə, əgər burada söhbət Azərbaycanın müstəqilliyinin və suverenliyinin əleyhinə olmasaydı, adamların hansısa bir ideologiyanı təbliğ etməsi cinayət deyil: “Kimsə ola bilərdi ki, müstəqil Azərbaycanda kommunist ideologiyasını təbliğ etsin, sosializm quruculuğu ilə məşğul olsun və. s. Amma burada məsələ  Azərbaycanın məhz SSRİ-nin tərkibində Azərbaycan Sovet Sosialist Respublikası kimi təbliğindən gedir. Bu da  Azərbaycanın dövlət suverenliyinə daban-dabana ziddir, onun suverenliyi, müstəqilliyi ilə barışmamaq əlamətidir”. 

 “Zalujinin belə bir fikri vardı ki, “Azərbaycandakı gizli ocaqlarımızı aktivləşdirməliyik” deyib. O vaxtdan sonra yarandığına görə, bu adamlar da elə Rusiyanın Azərbaycandakı təsir dairəsində olan qruplardır. Məqsədləri də bu və ya başqa şəkildə Azərbaycanın müstəqilliyinin və suverenliyinin əleyinə müəyyən bir təbliğat aparmaqdır. Diqqətlə baxsanız, 2-3 nəfərdir, yəni bunların bəziləri heç Sovet hökumətinin vaxtında yaşamayıblar. Gedib o adamlardan “sosializm” soruşsan nədir? Deyə bilməzlər. Bu da onu göstərir ki, bu adamlar kimlərinsə əlində oyuncaqdır. Ona görə də mən bunu Rusiyanın təxribatı kimi dəyərləndirirəm. Həm İmişli hadisəsini, həm də bunu Azərbycan dövlətçiliyinə qarşı Rusiyanın bir reaksiyası kimi dəyərləndirirəm”,-Partiya sədri bildirib.

S.Cəlaloğlu hesab edir ki, Azərbaycan vətəndaşları arasında iş aparmaq, xalqa başa salmaq lazımdır:“Digər bir mühüm məsələ isə ideoloji cəbhənin boş buraxılmasıdır. Biz mümkün qədər çalışmalıyıq ki, dövlətçilik və müstəqilik ideologiyasını düzgün quraq. Azərbaycan cəmiyyətinə keçmiş SSRİ-nin Azərbaycan xalqının başına açdığı oyunları çatdıraq. Azərbaycanın dövlət başçısı İlham Əliyev bir bəyanatda demişdi ki, 1920-ci ildə Rusiya bizi işğal etdi. Ondan sonra da demişdi ki, biz nə 20 aprel hadisələrini, nə 30 mart qırğınını, nə Xocalı faciəsinin, nə də Bakıda 20 yanvar hadisələrini unutmayacağıq. Yəni bunlar SSRİ-nin törətdiyi cinayətlərdir. Bu o deməkdir ki, açıq şəkildə İlham Əliyev dedi ki, biz SSRİ dönəmində Azərbaycan xalqına qarşı törədilən cinayətləri unutmayacağıq. Yəni Sovet hökuməti bizə qarşı cinayətkar bir siyasət aparıb. Bu gün kimlərsə həmin cinayətkar rejimi müdafiə edirsə, deməli, həm də Azərbaycanda törədilmiş o cinayətlərə haqq qazandırmış olur. Ona görə də bu dövlət müstəqilliyimizə qarşı çox ağır bir cinayətdir. Vətənə xəyanət kimi dəyərləndirilə bilən bir hadisədir”.

CAVİD

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
1
hurriyyet.az

2Источники