RU

Ölünü dirildən həkim SSRİ yə də can verəcəkdi REPLİKA

ain.az bildirir, Lent az portalına istinadən.

Ölünü dirildən həkim indi də, SSRİ-ni canlandırır. Yəqin xəbəriniz oldu, sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğ edib, sonra da SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videoları yayılmışdı. Polis bunlardan ikisini saxlayıb. Birini çoxunuz tanıyırsınız. Məsələn ölü dirildən, xərçəngi sarımsaqla müalicə edən həkim, alovlu aşiq, qısqanc arvadını döyən ər kimi... O birisi ilə işimiz yoxdur, bunu polis özü həll edəcək.

Bizim faciəmiz bu İbrahim Əsədlidir. Xərçəng xəstələrini ələ saldığına görə, əvvəlcədən heç xoşuma gəlmirdi. Deyirdi sarımsaq limonu qaynadın, sizə kimya terapiya, şüa müalicəsi, heç əməliyyat da lazım olmayacaq. Onun adını xəbərdə oxuyan kimi, ağlıma gələn ilk fikir bu oldu – ölüləri dirildən indi də tarixin dərin qəbiristanlığında basdırılan SSRİ-yə can verəcək.  

Dünyanın güc mərkəzlərinin illərlə mübarizə aparıb, milyardlar xərcləyərək məhv etdiyi SSRİ ilə zarafat “dost”umuza baha başa gəldi. Deyilənə görə, bu məsələ ilə bağlı, başqa bir dövlətin dəstək alırmış, pul götürüb ofis qurubmuş və ətrafına da bir qrup yığıbmış. “Fərasət”ə bax. Day nə etsin? Həkimlikdə arvadı imkan vermədi. Gəlib iş otağında sevgilisi ilə birlikdə necə gördüsə, səsi bütün Azərbaycana yayıldı. Elə bu səbəbdən də klinika onu qovdu. Bu adam gördü sarımsaq, limon bir işə yaramır, keçdi siyasətə. Azərbaycanlı vətəndaşların sarımsağa verdiyi pulla dolanmaq çətindir, ofis qurub, təşkilat yaradacaq qədər başqa ölkədən maliyyə almaq isə “parlaq gələcək” ümidlərini daha da alovlandırır.

Bilirsiniz bunlar nə vaxt başladı? İbrahim Əsədli özünü dünya siyasətinin əsasında duranlarla bir arada gördükdə. Demək, yazımızın qəhrəmanı sevgilisi ilə bağlı biabırçılıqlar ortaya çıxanda, daha doğrusu, aşiqi ilə birlikdə həyat yoldaşını döyəndən sonra müdafiə niyyətli çıxışlar edirdi. Əsas hadisəni bir kənara qoyub, şəxsini filosofların atası hesab edilən Sokrat və Cardano Bruno, dünyaca məşhur astronom, riyaziyyatçı Nikolay Koperniklə müqayisə edirdi. Deyir onlara çağlarında necə əziyyət ediblərsə, mənim də üstümə elə gəlirlər. Ay... Bilmirəm necə müraciət edim? Həkimmi deyim, siyasətçimi deyim, sarımsağı limona qatıb qaynadan möcüzəkarmı... Hər hansıdırsa, bunların hətta hamısını bir yerə yığsan Sokrat, Cardano Bruno, Nikolay Koperniklə müqayisə edilməsi artıq hədsizlikdir. Hədsizliyin isə mütləq cəzası olur.

İndi gələk buna pul ayıran o güclərə. İbrahim Əsədli xərçəngi sağaltdığı kimi, sizin də dərdinizə dərman olacaq. Mən hesab etmirəm kiminsə SSRİ üçün “ürəyi gedir”. Onlara ara qarışdırmaq, gündəmi dəyişmək üçün biri lazım idi. Və dedilər ki, gül kimi “Sokrat” işsiz qalıb, onunla çalışaq.

Deməli belə, ölü dirildənlərin aqibəti barədə hələ 1909-cu ildə Cəlil Məmmədquluzadə möhtəşəm bir komediya yazıb. Hansı ölünün dirildiyini bilmirəm, amma Cəlil müəllimin “Şeyx Nəsrullah”ı hələ sağ imiş. Çalışın ölməyin. Sarımsaqla isə olsa-olsa qripi sağaldarsınız. O biri tərəfləri boş verin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
lent.az

1Источники