
“Ukrayna hələ mövcud olmayan bütün üzvlərin yekdil razılığı olmadan Şimali Atlantika Alyansına qoşula bilməz”.
Missiya.Az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte “El Pais” nəşrinə müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, bir sıra müttəfiqlər, o cümlədən ABŞ hazırda Ukraynanın Şimali Atlantika Alyansına qəbul edilməsinə qarşıdır.
Rutte həmçinin qeyd edib ki, əgər alyansa üzvlük Ukrayna üçün seçim deyilsə, o zaman bloka daxil olan ölkələr Kiyevə kifayət qədər etibarlı təhlükəsizlik təminatları verməlidirlər ki, bu da hazırda müzakirə olunur.
Daşqın HəsənovMissiya.Az