RU

“ABŞ hazırda Ukraynanın NATO-ya qəbul edilməsinə qarşıdır” - Alyansın baş katibi

“Ukrayna hələ mövcud olmayan bütün üzvlərin yekdil razılığı olmadan Şimali Atlantika Alyansına qoşula bilməz”.

Missiya.Az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte “El Pais” nəşrinə müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, bir sıra müttəfiqlər, o cümlədən ABŞ hazırda Ukraynanın Şimali Atlantika Alyansına qəbul edilməsinə qarşıdır.

Rutte həmçinin qeyd edib ki, əgər alyansa üzvlük Ukrayna üçün seçim deyilsə, o zaman bloka daxil olan ölkələr Kiyevə kifayət qədər etibarlı təhlükəsizlik təminatları verməlidirlər ki, bu da hazırda müzakirə olunur.

Daşqın HəsənovMissiya.Az

Избранный
16
missiya.az

1Источники