RU

Xabidən istefa xəbərlərinə münasibət

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Xabidən istefa xəbərlərinə münasibət

"Real"ın baş məşqçisi Xabi Alonso istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

QOL.az "Madrid Universal"a istinadən xəbər verir ki, mütəxəssis belə məlumatların ona təsir etmədiyini deyib:

"Klub rəhbərliyinin ictimai açıqlamalarına ehtiyacım yoxdur. Rəhbərliklə gündəlik əlaqə saxlayıram və bu, kifayətdir. İstefa ilə bağlı söz-söhbətlər məni maraqlandırmır. Məni yalnız məşqdə və matçlarda baş verənlərlə maraqlandırır. Başqa heç nəyin əhəmiyyəti yoxdur. Hazırda komandada heç kim hazırkı vəziyyətdən razı deyil, amma mən klub olaraq irəliləyiş əldə edəcəyimizə əminəm".

Xatırladaq ki, “The Athletic” bu yaxınlarda futbolçu Vinisius Juniorun Xabi Alonso ilə münaqişəsi səbəbindən “Real”la müqaviləsini yeniləməkdən imtina etdiyini yazmışdı. Əvvəllər İspaniya mətbuatında bir neçə aparıcı oyunçunun mütəxəssisdən narazı olduğuna dair xəbərlər də yayılmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
qol.az

2Источники