RU

Papa sabah Ərdoğanla görüşəcək

ain.az bildirir, Milli.az portalına istinadən.

Katolik Kilsəsinin mənəvi lideri Papa Leo XIV sabah Türkiyəyə ilk beynəlxalq səfərini edəcək.

Milli.Az xəbər verir ki, vəzifəsinin altıncı ayında həyata keçiriləcək səfər çərçivəsində o, Ankara, İstanbul və Nikeyanı (İznik) ziyarət edəcək. Proqramın Livan mərhələsi də daha sonra baş tutacaq.

Papa Leo XIV sabah Ankaraya gələrək səfərinə Anıtkabiri ziyarətlə başlayacaq. Ardınca Beştəpədə rəsmi qarşılanma mərasimi keçiriləcək və Papa Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Ankaradakı görüşlərdən sonra o, elə həmin gün İstanbula yollanacaq. Cümə günü Harbiyedəki Müqəddəs Esprit Katedralında xristian ruhaniləri ilə görüş keçirəcək.

Daha sonra Feriköydəki Fransız Kasıblar Evinə - yoxsullar üçün qocalar evinə baş çəkəcək. Səfərin sonunda Papa Leo XIV helikopterlə Nikeyaya (İznik) gedəcək.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
4
news.milli.az

5Источники