Paytaxtın Yasamal rayonu Mirzə Fətəli Axundov, Mustafa Sübhi və Zərgərpalan küçələrində yerləşən yaşayış evlərinin sökülməsinə start veriləcək.
Publika.az BAKU.WS-ə istinadən xəbər verir ki, layihə Təzəpir məscidi ətrafında aparılan genişmiqyaslı söküntü işləri yekunlaşdıqdan sonra həyata keçiriləcək. Məlumata görə, ərazi üzrə ilkin qiymətləndirmə və texniki hesablama işləri tamamlanıb.
Artıq məlum olduğu kimi, evləri söküləcək sakinlərə kvadratmetr üçün 2700 manat kompensasiya təklif olunub. Sakinlərlə fərdi danışıqlar aparılıb və köçməyə razılıq verən vətəndaşlarla müqavilələrin bağlanmasına başlanılıb.
Söküntü planı Nizami metrosu istiqamətində olan tikililəri əhatə edəcək. Bu, bölgədə illərdir mövcud olan sıxlıq, infrastruktursuzluq və təhlükəsizlik problemlərini aradan qaldırmaq məqsədi daşıyır.