RU

“Miss Universe”də qalmaqallar bitmir! Tacını geri verdi

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Miss Universe 2025” ətrafında qalmaqallar böyüyür. Yarışmadan daha bir istefa xəbəri gəlib. Fil Dişi Sahilini təmsil edən Olivia Yase “Miss Universe Afrika və Okeaniya” titulundan imtina etdiyini və Miss Universe Komitəsi ilə bütün əlaqələrini kəsdiyini açıqlayıb.

Sherg.az xəbər verir ki, 21 noyabrda Bankokda keçirilən finalda 5-ci olan Yase, sosial media paylaşımında çətinliklərə baxmayaraq böyük uğurlar qazana biləcəyini gördüyünü, lakin öz dəyərlərinə sadiq qalmaq istədiyini bildirib.

Yase, “Hörmət, şərəf, mükəmməllik və bərabər imkan mənim əsas prinsiplərimdir” deyərək, gənc qızlara ilham vermək üçün öz rolundan ayrıldığını qeyd edib.

O, eyni zamanda Afrika, Karib hövzəsi, Amerikalar və Afro-mənşəli icmalara səslənərək:

“Heç kimin sizi tanımlamasına və potensialınızı məhdudlaşdırmasına icazə verməyin” - çağırışını edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
53
sherg.az

1Источники