RU

Günay Ağamalı yayılan videodan danışdı: "Qızıma bənzərliyi olsa da..."

“Sosial mediada ailə üzvlərim haqqında əsassız, təhrif olunmuş məlumatlar yayımlanır”.

“Cebheinfo.az” xəbər verir ki, bu sözləri Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı mətbuata açıqlamasında deyib.

O, sözügedən iddiaları təkzib edib:

“Şəxsi həyata aid saxta görüntülərin siyasi məqsədlərlə ictimailəşdirilməsi və övladımın adına çıxarılması şəxsiyyətimi, fəaliyyətimi və ictimai nüfuzumu hədəfə almağa yönəlmiş qərəzli və manipulyativ kampaniyanın tərkib hissəsidir. Qeyd etmək istəyirəm ki, yayılan videodakı şəxs mənim övladım deyil. Bu sifarişlə hazırlanmış bir “qara piar” kampaniyasıdır. 

Videodakı qızın qızıma müəyyən bənzərliyi olsa da, onun qızıma heç bir aidiyyəti yoxdur. Bu cür saxta materiallardan istifadə etməklə ailəmə, övladlarıma və fəaliyyətimə kölgə salmaq cəhdi həm hüquqi, həm də mənəvi  baxımdan yolverilməzdir”.  

Millət vəkili vurğulayıb ki, hər bir vətəndaş Konstitusiya ilə təsbit edilmiş şəxsi toxunulmazlıq  hüququna malikdir:

“Bizi yolumuzdan heç kim çəkindirə bilməz. Bu yolda atdığımız hər bir addım, gördüyümüz hər bir iş dövlətimizin və  xalqımızın  mənafeyinə xidmət edir və bundan sonra da belə olacaq. Media qurumlarını və cəmiyyətə yanlış məlumat ötürənləri  qanunvericiliyin tələblərinə əməl etməyə çağırıram”.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən deputat Günay Ağamalının qızı olduğu iddia edilən qızın sosial şəbəkələrdə qeyri-etik videoları yayılıb. 

Избранный
29
28
cebheinfo.az

10Источники