RU

Avtomobillər üçün şarj cihazlarının quraşdırılması zamanı nəyə diqqət olunmalıdır? EKSPERT AÇIQLADI

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində 3 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Vətəndaşlar binanın altında yerləşən obyekt sahibinin verdiyi açıqlamaya inanmırlar. Onlar iddia edirlər ki, yanğın sahibkarın binanın elektrik xəttinə kustar üsulla quraşdırılmış avtomobil şarj cihazları ilə yükləməsi səbəbindən baş verib və qısa qapanma nəticəsində yanğın yaranıb.

Mövzu ilə bağlı bərpa olunan enerji, enerji bazarları və yaşıl enerji həlləri üzrə ekspert Toğrul Əziz Avtosfer.az-a açıqlamasıda bildirib ki,  ümumiyyətlə, şəbəkədə yüklənməyə səbəb olacaq hər hansı bir cihazın quraşdırılması zamanı sabit və ya qeyri-sabit olmasından asılı olmayaraq, mütləq onun texniki xüsusiyyətləri nəzərə alınmalıdır:

“Şarj cihazları kimi sabit cihazların quraşdırılması zamanı isə mütləq “Azərişıq”dan texniki şərt alınmalıdır. Gördüyümüz qədər, bunu etməyiblər və nəticədə şəbəkədə böyük bir yüklənmə yaranıb, qısa qapanma baş verib.

Qeyri-peşəkar üsulla bu cür cihazların quraşdırılması çox böyük məsuliyyətsizlikdir və eyni zamanda texniki təhlükəsizliyin pozulmasıdır. Bu cür hallar əlbəttə ki, insan həyatı üçün real təhlükələr yaradır. Texniki təhlükəsizliyə riayət olunması vacibdir”.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
41
2
avtosfer.az

3Источники