RU

Davud Rüstəmov: Dünyada kibertəhdidlərin vurduğu zərərlərdə yüksəlmə dinamikası var

BAKI, 26 noyabr. TELEQRAF

Bu gün dünyada kibertəhdidlərin vurduğu zərərlərdə yüksəlmə dinamikası var.

Teleqraf xəbər verir ki, bu barədə Bakıda “2-ci Beynəlxalq Caspian Innovation Forumun”da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov deyib.

O qeyd edib ki, bu dinamikanı hər kəs müşahidə edir:

“Hətta mən görürəm ki, idman sahəsində, biznesin müxtəlif sahələrində, müxtəlif fəaliyyət sahələrində olan insanlar kibertəhlikəsizlikdən və kibertəhdidlərin vurduğu ziyanlardan daşır. Kbertəhdidlərin hədəfi telefonlar, ağıllı əşyalar, ağıllı tozsoranlar, televizor, soyuducu və s. əşyalardır:

“Bunlar vasitəsilə bizim həyatımız bir hədəfə çevrilir. Azərbaycanda kibertəhdilərlə mübarizə sahəsində fəaliyyət qurmaq məqsədilə xarici təcrübə öyrənilib. Qanunvericilik artıq Azərbaycanda kritik informasiya infrastrukturlarının fikir verin ki, bir təhlükəsliyi deyilmir. Ölkəmizdə kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı demək olaraq ki, qanunvericilik toplusu hazırlanıb, normativ aktlar artıq təsdiqlənib və bu sahədə fəaliyyət başlayıb”.

Избранный
105
teleqraf.com

1Источники