RU

Prospektdə özünə yer tapa bilməyən sürücü dəfələrlə qayda pozdu VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Neftçilər prospektində qayda pozan sürücü avtomobilin kamerasına düşüb. Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 22-də saat 18:52 radələrində qeydə alınıb.

Kadrlardan göründüyü kimi, 90-PQ-376 dövlət nömrə nişanlı “BYD” markalı avtomobilin sürücüsü ardıcıl olaraq manevr qaydasını pozub. O, qəfil sağ zolağa keçərək görüntünü qeydə alan sürücüyə təhlükə yaradıb. Ardınca iki zolağın ortası ilə hərəkət edən sürücü yenidən sağ zolağa keçib və həmin zolaqda hərəkətdə olan digər avtomobili nəzərə almayıb. Qəzanın qarşısını almaq üçün sürücü sağ zolağa manevr etmək məcburiyyətində qalıb. Qaydalara riayət etməyən sürücü isə gah sol, gah da sağ zolağa keçərək hərəkətini davam etdirib.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
41
avtosfer.az

1Источники