RU

Azərbaycandan turist axını 2 % dən çox azalıb

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 % azalaraq 1 milyon 774,9 min nəfər olub.

"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşların 42 %-i Türkiyəyə, 14,6 %-i Rusiya Federasiyasına, 10,8 %-i Gürcüstana, 9,2 %-i İrana, 23,4 %-i digər ölkələrə səfər edib.

Gedənlərin 63,7 %-ini kişilər, 36,3 %-ini qadınlar təşkil edib.

1 il əvvələ nisbətən Gürcüstana gedənlərin sayı 22,1 %, İrana gedənlərin sayı 4,3 % artıb, Rusiyaya gedənlərin sayı isə 31,2 %, Türkiyəyə gedənlərin sayı isə 1,8 % azalıb.

10 ayda xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 70,3 %-i hava, 27,8 %-i dəmir yolu və avtomobil, 1,9 %-i isə dəniz nəqliyyatından istifadə edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
47
24
cebheinfo.az

10Источники