RU

Nazir Ağcabədidə vətəndaşlarla görüşəcək

Yazını böyüt
Yazını kiçilt

Elm və təhsil naziri Emin Əmrullayev 19 dekabr tarixində Ağcabədi şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə hafta.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəbulda Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər, Bərdə, Ağdərə, Laçın, Kəlbəcər sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 10 dekabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının edu.gov.az bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür.

Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Избранный
122
17
hafta.az

10Источники