RU

SSRİ bayrağı qaldıranlar bu qədər həbs cəzası ala bilərlər AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sosial şəbəkələrdə keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxs saxlanılıb.Bu barədə hüquqşünas Günay Əliyeva Demokrat.az-a açıqlamasında deyib ki, saxlanılan şəxslər sosial şəbəkələrdə keçmiş SSRİ bayraqları ilə yürüş təşkil etməyə cəhd göstərdiklərinə görə məsuliyyət daşıyır:“İlkin istintaq göstərir ki, onların fəaliyyəti planlı və qrup şəklində olub, başqa bir dövlətin maliyyə dəstəyi ilə ofis icarəyə götürülüb və vaxtaşırı toplantılar keçirilib. Polis onların ofis və mənzillərində kommunist ideologiyasını təbliğ edən kitablar, bayraqlar, CD-lər və digər elektron cihazlar aşkarlayıb. Azərbaycanın Cinayət Məcəlləsinə görə, xarici dəstəkli radikal fəaliyyət 3 ildən 10 ilə qədər həbs cəzası ilə nəticələnə bilər. Əgər radikal ideologiya uşaqlara və ya təsirə açıq şəxslərə çatdırılıbsa, cəza daha ağır ola bilər. Onların materialları müsadirə olunacaq və ictimai fəaliyyətləri məhdudlaşdırıla bilər. Məhkəmə ilkin istintaqın nəticəsinə əsasən qərar verəcək. Bu şəxslər dövlətin qanununu pozduqları üçün ciddi məsuliyyət daşıyır və həbs cəzası ala bilərlər”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
demokrat.az

1Источники