RU

Ramiz Mehdiyev, Əli Kərimli və Abbas Abbasov “triuqolnik”i haqda bilinməyən gerçəklər

Milyonçular və siyasi yoxsullar ittifaqı – 2013 və 2025…


2013-cü il prezident seçkiləri ərəfəsində Kremlin Azərbaycanda hakimiyyət dəyişikliyi planları daha geniş miqyaslı idi. Moskva Azərbaycanın şəhər və rayonlarında dayaq nöqtələri yaratmaq üçün Rusiyada yaşayan imkanlı azərbaycanlılardan, xüsusilə Milyarderlər İttifaqının üzvlərindən istifadə etməyi planlaşdırırdı. Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti də bu istiqamətə yönləndirilmişdi. Məqsəd seçkilərdən əvvəl həm sosial baza, həm də maliyyə-ideoloji dayaqlar yaratmaq idi.

2013-cü ildə azərbaycanlı oliqarxların şərti adı “Milyarderlər İttifaqı” (Rusiya Azərbaycan Təşkilatları İttifaqı) olan qurumda birləşməsi, onlara “liderliyi” baş nazirin keçmiş müavini Abbas Abbasovun etməsi çoxlarının yadındadır. Bu təşkilat Moskvanın layihəsi və prezident seçkiləri ərəfəsində Azərbaycan hakimiyyətinə qarşı təzyiq kimi qiymətləndirilirdi.

İllərdir Rusiyada yaşayan azərbaycanlı milyarderlərə ən müxtəlif kanallarla yaxın olan, Azərbaycanda isə yalnız kinorejissor kimi tanınan Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə Milli Şura təsis edilməsi və “müxalifətin çiyinlərində” prezidentliyə namizədliyinin elan olunması məhz “Milyarderlər İttifaqı”nın qərarı idi. Qurumun əsas “boss”u kimi baş nazirin sabiq birinci müavini Abbas Abbasov təqdim edilirdi.

Azərbaycanın tarixi keçmişini assosiasiya edən Milli Şura adlı birlik yaratmaq ideyası 2013-cü ildə Bakıdan verilmiş, Rusiyanın qərarverən dairələrindən bəyəni aldıqdan sonra formalaşmağa başlamışdı.

Abbas Abbasov 2006-cı ildə vəzifəsindən azad edildi və “İstiqlal” ordeni ilə təltif edilərək hörmətlə yola salındı. Məxfi strukturlar, xüsusilə kəşfiyyatla yaxınlığı şübhə doğurmayan Abbas Abbasov təməlli Rusiyaya yerləşdi və burada yeni planlar qurmağa başladı. O, Rusiyadakı Azərbaycan diasporu adı altında pərdələnərək anti-Azərbaycan fəaliyyətə keçdi. Amma əlbəttə ki, hakimiyyət dəyişikliyi kimi ciddi planları Azərbaycanın içində dəstək olmadan həyata keçirmək mümkün deyildi. “Milyarderlər İttifaqı” qurmaqla iş bitmirdi – onların Azərbaycanın siyasi müxalifəti ilə əlaqələrini formalaşdırmaq, koordinasiya etmək gərəkirdi.

Bu prosesdə – yadınızdadırsa – Ziyalılar Forumu adlı qurum da təsis edildi ki, heç vaxt ziyalı olmayan Abbasov bunu ağıl edə bilməzdi. Onu Bakıdan yönləndirənlər var idi. Azərbaycanın tarixi keçmişini assosiasiya edən Milli Şura adlı birlik yaratmaq ideyası da Bakıdan verilmiş, Rusiyanın qərarverən dairələrindən bəyəni aldıqdan sonra formalaşmağa başlamışdı.

Abbas

Milyarderlər İttifaqının Türkiyə xətti – Kremlin paralel planları

Milyarderlər İttifaqının fəaliyyəti təkcə Rusiya ilə məhdudlaşmırdı. Paralel olaraq, Türkiyədə də öz dayaq nöqtələrini yaratmaq üçün planlı addımlar atılırdı. 2014-cü ildə Ərdoğanın Azərbaycana səfəri zamanı onun özü ilə təqdim etdiyi dosyeler arasında nurçularla bağlı siyahılarla yanaşı, Rusiyadakı Milyarderlər İttifaqının Türkiyəyə səfərləri, orada keçirdikləri görüşlər və təmasda olduqları siyasi-biznes dairələri barədə məlumatlar da var idi.

Həmin dosyedə 2013-cü ilin aprelində “İttifaq” üzvlərinin – o cümlədən Dağıstan rəhbəri Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyətinin İstanbulda keçirdiyi görüşlərin təfərrüatları yer alırdı. Nümayəndə heyətinin tərkibində Abbas Abbasovun olması təsadüfi deyildi. Bu səfərlərin məqsədi Türkiyədə də təsir dairəsi yaratmaq, regionda Kremlin planlarını dəstəkləyəcək sosial-siyasi şəbəkə qurmaq idi.

Ramiz

Ramiz Mehdiyevin rolu – ölkə içində icraçı mexanizm

Məhz bu ərəfədə Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin davranışları xüsusi diqqət çəkmişdi. Müxalifətin “boz kardinal” ayaması verdiyi PA rəhbəri nədənsə Bakıda yaradılan bu anti-hakimiyyət qurumunu sanki “görməzdən gəlir”, onların toplantılarının şəhərin ən yaxşı zallarında keçirilməsinə maneə yaradılmır, Rüstəm İbrahimbəyov Bakıda sərbəst hərəkət edir, xüsusilə də Əli Kərimlinin nəzarətində olan nəşrdə hər gün “alovlu müsahibələr” verirdi.

Kremlin planının tərkib hissələrindən biri də Azərbaycanda radikal müxalifəti birləşdirmək və bu birləşməni Milyarderlər İttifaqı ilə koordinasiya etmək idi. Bu prosesin ölkə daxilində əsas icraçısı və kuratoru isə məhz Ramiz Mehdiyev idi. Onun müxalifətlə gizli təmasları, müəyyən şəxslərin maliyyələşdirilməsi, görüşlərin təşkil edilməsi barədə həmin dövrdə yayılan məlumatlar təsadüfi deyildi.

2013-cü ildə Mehdiyevin adamları ilə Əli Kərimlinin komandasından olan şəxslər arasında təmasların intensivləşməsi sonradan bir çox mənbələr tərəfindən təsdiqləndi.

AXCP-nin

AXCP daxilində gərginlik – Kremlin planına etiraz edənlər

Həmin dövrdə mətbuatda AXCP Rəyasət Heyətinin bir sıra üzvləri ilə Əli Kərimli arasında ciddi gərginlik yaşandığı yazılırdı. Rəyasət Heyətinin bəzi üzvləri Mehdiyevlə təmasların intensivləşməsinə etiraz edir, Kərimlinin Kremlin planında iştirak etməsinə qarşı çıxırdı.

Bu qarşıdurma AXCP daxilində parçalanma təhlükəsinin yarandığını göstərir və təsdiq edirdi ki, Mehdiyev–Abbasov xətti müxalifətin tam nəzarətə götürülməsini hədəfləmişdi.

Milli

Milli Şura oyunu və namizədlik gedişi

Hər fürsətdə hakimiyyət daxilində gücünü göstərməyə meylli olan Mehdiyevin susqunluğu illər öncə də bir çox təhlilçilərin diqqətindən yayınmamışdı. “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu 6 il öncə Azlogos.eu saytının rəhbəri Ələkbər Əliyevə müsahibəsində Milli Şura üçbucağını belə sıralamışdı: Abbas Abbasov – Əli Kərimli – Ramiz Mehdiyev.

Milli Şura böyük oyun və oyunçuların iştirakı ilə qurulmuşdu. Mehdiyev də Abbas Abbasovla Kremlin kabinetlərində razılaşdığı planı müəyyən mərhələdə dəyişdirərək hakimiyyətə öz iddiasını ortaya qoymağı düşünürdü.

Bu səbəbdən bəzi müxalifət liderlərinin namizəd kimi sıradan çıxarılması lazım gəldi. Öz liderinin partiyasını hələ sağlığında əlindən almağa nail olmuş Əli Kərimlinin birdən-birə namizədlikdən geri çəkilməsi də təsadüfi deyildi.

Bu gedişlə Abbas Abbasov və Ramiz Mehdiyev ortaq namizədləri – Rüstəm İbrahimbəyovun liderliyini reallaşdırdılar. Halbuki onların hamısı bilirdi ki, Rusiya vətəndaşının Azərbaycanda prezidentliyə namizəd olması qanunsuz və mümkünsüzdür.

Abbas

Milyarderlər İttifaqının süqutu və Milli Şuranın “işlədilməsi”

Abbas Abbasov heç nəyə nail olmayandan sonra, səhv etmiriksə, 2015-ci ildə Milli Şuranın bağlandığını və özünün də siyasətdən getdiyini elan etdi. Amma aradan 10 il keçsə də, Əli Kərimli hələ də fəaliyyətsiz qurumu “işlədir”.

Kərimlinin hakimiyyətlə əlaqələri bilinən gerçəkdir: harada maddi və siyasi maraqları varsa, ora yol tapmaq onun üçün heç vaxt çətin olmayıb.

Ramiz

Milli Şura adı isə həm Kərimliyə, həm də Mehdiyevə hakimiyyətə təzyiq aləti kimi lazım idi.

2019-cu il 19 oktyabrda Milli Şuranın qanunsuz aksiya cəhdi də məhz Mehdiyevin sifarişini yerinə yetirmək üçün olmuşdu. Təxribat cəhdi baş tutmadı və Mehdiyev 23 oktyabrda vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra Milli Şura küçəyə çıxmadı.

Mehdiyevin “bolşevik modeli” – Azərbaycanın 1920-ci il ssenarisi

Mehdiyevin 2013-cü ildəki fəaliyyəti bir çox analitiklər tərəfindən 1920-ci ildə bolşeviklərin Azərbaycanı işğal etməsi ssenarisinin müasir formada təkrarı kimi qiymətləndirilirdi. Onun davranışları ilə milli xəyanətkar bolşevik liderləri arasında paralellər aparılırdı.

Sonrakı mərhələdə Mehdiyevin Dövlət Şurası adı altında hakimiyyəti ələ keçirmək planı da həmin ssenarinin yeni dövr üçün adaptasiya edilmiş variantı idi. Dövlət Şurasında Əli Kərimlinin də adının hallanması təsadüf sayıla bilməz.

Nəticə

Rusiyanın 2013-cü ildəki “Milyarderlər İttifaqı – Milli Şura” layihəsi baş tutmadı. Mehdiyevin xətti iflasa uğradı. Əli Kərimlinin də siyasi mənzərədəki rolu 2013-cü ildən bəri yalnız bu layihənin kölgəsində qaldı.

İnformasiya şöbəsi,
Musavat.com

Избранный
193
3
musavat.com

10Источники