RU

Qış Olimpiya Oyunlarının məşəli yandırılıb

Qədim Olimpiya Arxeoloji Muzeyində 2026-cı il Qış Olimpiya Oyunlarının məşəlinin yandırılma mərasimi baş tutub.

Apasport.az xəbər verir ki, adətən açıq havada keçirilən ənənəvi mərasim bu dəfə hava şəraitinə görə dəyişdirilib.

Güclü yağış ehtimalına dair xəbərdarlıq səbəbindən, günəş şüaları və parabolik güzgü vasitəsilə məşəli yandıran “kahin rolu”nu canlandıran aktrisaların iştirakı ilə təşkil olunan ənənəvi təqdimat öncədən ləğv olunub.

Bunun əvəzinə Olimpiya Arxeologiya Muzeyində sadə mərasim keçirilib.

Tədbir zamanı iki gün əvvəl qədim stadionda keçirilmiş məşq mərasimində məşəlin alovlandırılmasını əks etdirən videogörüntü nümayiş olunub. Daha sonra məşəl muzeyə gətirilərək rəsmi şəkildə alovlandırılıb.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventri mərasimi belə şərh edib: “Bu gün keçmişlə bu günün birləşdiyi xüsusi bir andır. Mərasim bizə Olimpiya Oyunlarının əsas mahiyyətini – insanların sülh, dostluq və qarşılıqlı hörmət şəraitində birləşməsini xatırladır".

İslamiadanın gümüş medalçısı: "Bundan sonrakı hədəfim…"

İslamiada: Üzgüçümüz gümüş medal qazandı

Çingiz Hüseynzadə: “Konyada qazandığımız medal sayını geridə qoyacağıq”

Üzgüçülərimiz İslamiadada bürünc medal qazanıblar

MOK rəhbərliyi İSSA-nın XIV Baş Assambleyasında iştirak edir

Избранный
192
apasport.az

1Источники