RU

Mağazalarda keçirilən Qara Cümə günlərində insanlar özünə lazım olanları almağa öncəlik verməlidir

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Dünyanın bir çox ölkəsində noyabrın sonuncu cümə günü “Black Friday”, yəni “Qara Cümə” kimi tanınır. Bu tarix rəsmi olaraq alış-veriş mövsümünün başlanğıcı hesab edilir. Dükan və onlayn platformalar böyük endirim kampaniyaları elan edir, istehlakçılar da bu fürsətlərdən istifadə edərək kütləvi şəkildə alış-verişə yönəlirlər.“Qara Cümə” endirim kampaniyaları zamanı insanlar nə üçün alış-verişə meyilli olurlar? Bu "hərəkətlilik" onların psixoloji vəziyyətinə necə təsir edir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Vüsalə Əmiraslanova bildirib ki, alış-veriş zamanı özümüzü xoşbəxt hiss edirik və bu da bizim xoşbəxtlik hormonlarımızı yüksəldir.

Vüsalə Əmiraslanova

“İnsanların alış-verişə hər zaman marağı olub. Stres azaltmaq, hər hansı bir motivasiya əldə etmək üçün alış-veriş edənlərin sayı getdikcə artır. Ümumiyyətlə, biz xarici ölkələrə gedərkən və yaxud həftə sonları özümüzə nəsə alarkən, özümüzü xoşbəxt hiss edirik və bu bizim xoşbəxtlik hormonlarımızı qaldırır. Amma “Qara Cümə” məsələsi elə bir məsələdir ki, insanlar düşünür ki, hər hansı bir bahalı əşyanı ucuz ala bilərəmsə, niyə almayım? Hətta bu dövrlərdə borca-xərcə girənlər, lazımlı-lazımsız əşyalar alanlar olur. Mən düşünürəm ki, “Qara Cümə” günləri olsa da, insanlar özünə lazım olanları almağa öncəlik verməlidir. Əgər onları səbrlə araşdırıbsa, həqiqətən də endirim kampaniyasına uyğun gəlirsə, ala bilərlər. Amma  aldadıcı bir effekt varsa və ya kiminsə bizi aldatmasını hiss ediriksə, əlbəttə ki, bunu riskə atıb satın almağa dəyməz. Ümumiyyətlə insanlar təkcə həmin günü deyil harda ucuz nə varsa ora meylli olurlar. Amma “Qara Cümə”nin adından bəlli olduğu kimi hər zaman olmur, nadirən olur, olduqda da insanlar bahalı əşyaları ucuz alacaqlar deyə həvəslənirlər. Bunun üçün də xüsusi insanlar var ki, məhz bunu gözləyirlər və fürsəti dəyərləndirirlər. Bir insan özünə lazım olan geyimi, əşyanı və s. əvvəldən bilirsə, “Qara Cümə” oldu-olmadı o məhsulun endirimli vəziyyətini axtarır. Bu “Qara Cümə” endirim günü də onun üçün fürsət olur. Amma o adamda ki, ümumiyyətlə alış-veriş (shopping) xəstəliyi var, onun üçün bu endirimli alış-veriş prosesi çox mənfi nəticələr verə bilir”-deyə Vüsalə Əmiraslanova qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
bizimyol.info

1Источники