7NEWS.az APA-ya istinadən xəbər verie ki, Goranboyda döşəməsi çökmüş 5 mərtəbəli yaşayış binasının 5-ci bloku bu gün axşam saatlarında anidən tamamilə çöküb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Əraziyə icra hakimiyyəti, FHN və polis əməkdaşları cəlb olunub və hazırda təhlükəsizlik və digər zəruri tədbirlər görülür.