RU

Goranboyda daha bir binanın sakinləri köçürüləcək Rəsmi

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Goranboyda qəzalı vəziyyətdə olan daha bir yaşayış binasının sakinlərinin köçürülməsinə qərar verilib.

Bu haqda “Qafqazinfo”ya Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev açıqlama verib.

İcra başçısı bildirib ki, hazırda yaşayış kompleksində 30-30 olmaqla ümumilikdə 60 mənzildən ibarət iki yaşayış binası var.

Bir bloku tamamilə çökən binanın bütün sakinləri təxliyə olunub. Digərindəki sakinlər isə yaxın zamanda köçürülərək kirayə mənzillərlə təmin olunacaq:

“Digərində vəziyyət çox da kritik deyil. Amma o bina da qəzalıdır. FHN-in mütəxəssisləri ilə baxış keçirdik. Orada da qəza riski olduğu tam müəyyənləşdi. Ümumilikdə 76 ailəlik yaşayış kompleksinin tikintisi nəzərdə tutulub. 

Yeni kompleksin tikilişi başa çatanadək sakinlərin yaşayış yeri ilə təminatı diqqət mərkəzində saxlanılacaq”.   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
1
qafqazinfo.az

3Источники