RU

G7 Ukraynaya Rusiya aktivlərinin gəlirləri hesabına kreditlər ayırıb

Aİ rəsmisi: Kiyevə artıq 30,9 milyard avro vəsait köçürülüb…

“Böyük yeddilik” (G7) ölkələri Ukraynaya dondurulmuş Rusiya aktivlərinin reinvestisiya gəlirləri hesabına ayrılan kreditlərin artıq ümumilikdə 30,9 milyard avroya çatdığını açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə məlumatı Avropa Komissiyasının iqtisadiyyat üzrə üzvü Valdis Dombrovskis TASS Agentliyinə təsdiqləyib.

Dombrovskisin sözlərinə görə, söhbət yalnız aktivlərin özündən deyil, həmin vəsaitlərin reinvestisiya olunması nəticəsində əldə edilən gəlirlərdən formalaşan maliyyə paketindən gedir. Bu mexanizm Kiyevin qısamüddətli maliyyə ehtiyaclarının ödənilməsi və dövlət büdcəsinin dəstəklənməsi üçün yaradılıb.

Aİ rəsmisi qeyd edib ki, G7 ölkələri bu çərçivədə həm Ukraynanın iqtisadi dayanıqlığının qorunmasını, həm də ölkənin uzunmüddətli sabitlik və bərpa proqramlarını maliyyələşdirməyi hədəfləyir. Vəsaitlər əsasən sosial xərclərin ödənilməsinə, dövlət qurumlarının fəaliyyətinin təmin edilməsinə və enerji sektorunun dəstəyinə yönəldilir.

Dombrovskis vurğulayıb ki, Rusiya aktivlərinin gəlirlərindən istifadə davam etdirilən müddətdə Kiyevin əlavə maliyyələşdirilməsi gözlənilir və G7 ölkələri bu siyasəti “beynəlxalq hüquqa uyğun və şəffaf mexanizmlər çərçivəsində” həyata keçirdiklərini bildirirlər.

Poliqon.info

Избранный
58
poliqon.info

1Источники