RU

Tovuzda 5 hərbçi, ata və oğulun öldüyü qəza ilə bağlı məhkəmə qərar verdi

BAKI, 27 noyabr. TELEQRAF

Tovuzda 7 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Teleqraf xəbər verir ki, istintaq materiallarına əsasən qəzaya səbəb olan “Mercedes” markalı avtomobilin sürücüsü Elmar Həsənov da dünyasını dəyişib.

Hadisə ötən ilin noyabr ayında Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində qeydə alınıb. “Mercedes” markalı avtomobil qəfil yolun əks zolağına çıxaraq “VAZ 2106” markalı minik maşını ilə toqquşub. Zərbənin təsiri ilə “VAZ 2106” daha sonra hərəkətdə olan yük maşının qoşqusuna çırpılıb.

Qəza nəticəsində “VAZ 2106”da olan Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu – baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu, kiçik çavuş Mehdiyev Turan Cavad oğlu həlak olub.

Hadisə zamanı qəzanı törədən “Mercedes”in sürücüsü Elmar Həsənov da həyatını itirib. Onun 13 yaşlı oğlu Zaur Həsənov isə ağır xəsarətlər alıb. Xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq materiallarına görə, Elmar Həsənov hadisə zamanı sərxoş vəziyyətdə olub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmar Həsənov Cinayət Məcəlləsinin 263-1.4 (sərxoş vəziyyətdə iki və daha çox şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi) maddəsi üzrə təqsirli bilinib. Lakin Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən, öldüyü üçün ona cəza təyin edilməyib.

Избранный
46
teleqraf.com

1Источники