RU

Özbəkistanda QALMAQAL: Məşhur rusiyalı aktyor yerli ləhcəni ƏLƏ SALDI – VİDEO

Tanınmış rusiyalı aktyor özbəklərin ləhcəsini ələ salıb. 

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Rusiyalı aktyor Sergey Bezrukov yerli ləhcəni lağa qoyduğu üçün Özbəkistanda qalmaqalın mərkəzinə düşüb.

Sosial şəbəkə istifadəçiləri aktyorun bu hərəkətini ölkə mədəniyyətinə qarşı “yuxarıdan aşağı zarafat” və “ucuz piar” adlandıraraq sərt tənqid ediblər. Aktyorun özü isə baş verənləri “təxribat” adlandırıb.

İnsident şair Sergey Yeseninin 130 illik yubileyinə həsr olunmuş tədbirlər proqramı çərçivəsində sentyabr ayında keçirilən mətbuat konfransı ilə əlaqəlidir.

Həmin görüşdə Bezrukov dörd il əvvəl Daşkənddəki qəbiristanlıqda şairin qızı Tatyana Yeseninanın məzarına gül qoyduğunu xatırladıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
32
interpress.az

1Источники