Musavat.com xəbər verir ki, Vaşinqtonun Ronald Reyqan Beynəlxalq Aeroportunda uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Qərar şəhərdə baş verən təhlükəsizlik insidenti — Ağ Ev yaxınlığındakı atışma ilə əlaqədar verilib.
Rəsmi mənbələrin məlumatına görə, hava limanında bütün uçuşlar təhlükəsizlik məqsədilə təxirə salınıb. Sərnişinlər terminalda gözləməyə məcbur olublar.
Təhlükəsizlik qurumları ərazidə əlavə yoxlamalar həyata keçirir və vəziyyətin normallaşması üçün tədbirlər görülür.
Hadisə ilə bağlı əlavə məlumat verilməsi gözlənilir.