RU

Vaşinqton atışması: Polis “tək hücumçu” versiyasını təsdiqlədi - VİDEO

Musavat.com xəbər verir ki, ABŞ polisi Ağ Ev yaxınlığında baş verən silahlı hücumla bağlı yeni açıqlama yayıb.

Rəsmi məlumata görə, başqa şübhəli yoxdur və hadisəni törədən yeganə hücumçu artıq xəstəxanaya aparılıb.

Polisin bəyanatında qeyd olunur:

“Yeganə şübhəli yaralanıb və xəstəxanaya çatdırılıb. Vaşinqton, Kolumbiya dairəsində baş verən atışma pusqudan açılan atəş olub”. 

ABŞ Federal Təhqiqat Bürosunun rəhbəri də açıqlama verərək bildirib ki, yaralanan iki Milli Qvardiya hərbçisinin vəziyyəti ağır olaraq qalır. O həmçinin bildirib ki, FBI bu cinayət işi üzrə araşdırmaya rəhbərlik edəcək.

Hadisə ilə bağlı əlavə məlumatlar açıqlanmaqda davam edir. 

 

Musavat.com

Избранный
71
10
musavat.com

10Источники