RU

Nigeriyada fövqəladə vəziyyət elan olundu

BAKI, 27 noyabr. TELEQRAF

Nigeriya prezidenti Bola Tinubu ölkədə fövqəladə vəziyyətelan edib və hərbçilərin, həmçinin təhlükəsizlik qüvvələrinin sayının artırılması barədə göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısının informasiya və strategiya üzrə xüsusi müşaviri Bayo Onanuga "X" platformasında məlumat yayıb.

Qərara əsasən, polis əməkdaşlarının sayı 20 min nəfər artırılaraq ümumilikdə 50 min təhlükəsizlik işçisinə çatdırılacaq.

Məlumat üçün qeyd edək ki, daha əvvəl silahlılar Nigeriyada Müqəddəs Məryəm Katolik məktəbindən 215 şagird və 12 müəllim qaçırmışdılar.

Избранный
86
teleqraf.com

1Источники