RU

Hibrid avtomobili almaq istəyənlərinə nəzərinə: Diqqətli olun!

Hibrid avtomobillərinin dünyada və ölkəmizdə satış reytinqi yüksəkdir. Hibrid avtomobillərinə maraq olsa da, alıb razı qalmayanlar da az deyil. Sürücülər tez xarab olmasından, ehtiyat hissələrinin tapmamalarından şikayətçidirlər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, bütün avtomobillərə aid olmasa da həm elektrik, həm də hibrid avtomobilləri arasında, ilk sınağı Azərbaycan və ya bəzi kiçik ölkələrdə keçirən şirkətlər var ki, onların avtomobillərində problem yaranır: “Bəzən elə avtomobillər var ki, onların Azərbaycanda rəsmi dileri, servis məntəqəsi yoxdur. Ehtiyat hissələri tapılmır. Bəzən insanlar Çində nə görüb dərhal alır və ya satır. Avtomobil almaq istəyəndə  insanlar başa düşməlidirlər ki, birinci onun servis xidmətinə, ehtiyat hissələrinə, usta potensialına baxmaq lazımdır. Kor-koranə şəkildə maşın görünüşlüdür, ucuzdur deyə alırlar. Yaxşı maşın ucuz olmur, ikincisi də arxa planlarını da düşünmək lazımdır”.

 

E. Muradlı onu da qeyd edib ki, 150-ə yaxın şirkət Çində avtomobil istehsal edir: “Çin belə özü rəsmi şəkildə deyir ki, mənim istehsal etdiyim avtomobillərin hamısı keyfiyyətli deyil və yaxın 5 il ərzində bu markaların 5-6-sı qala bilər. Ona görə ciddi düşünmək lazımdır. Benzin, dizel maşınları ənənəvi avtomobillərdir. Bunlara kim nə zaman istəsə qayıda da bilər. Amma bu gün  dünya dəyişir. İnsanlar hibrid, elektromobillərə daha çox üstünlük verirlər. Amma bu, hələ formalaşmayıb deyə çətinliklər ortaya çıxır”.

 

Şəhanə Quliyeva

Tarix: 27 Noyabr 2025, 08:33   
Избранный
60
4
pravda.az

5Источники