RU

AL: "Fənərbağça" İstanbulda Macarıstan çempionu ilə qarşılaşır

Çempionlar Liqasının ardından bu gün UEFA Avropa Liqasında növbəti tur start götürür.

Fanat.Az xəbər verir ki, Liqa mərhələsində V turun bütün oyunları eyni gündə baş tutacaq.

18 qarşılaşmadan 9-u saat 21:45-də, yarısı isə gecəyarısı (00:00) başlayacaq.

Türkiyə nəhəngi "Fənərbağça" doğma meydanda "Ferentsvaroş" ilə üz-üzə gələcək. Macarıstan çempionu keçirdiyi 4 oyunda məğlub olmayıb və 10 xalla 3-cü yerdədir. Hesabında 7 xal olan istanbullular isə 15-ci pillədə qərarlaşıb. Növbəti qələbə "sarı-lacivərdlilər"in turnir mövqeyini xeyli yaxşılaşdırmağa imkan verəcək.   

UEFA Avropa Liqası
Liqa mərhələsi, V tur
27 noyabr

21:45. "Fənərbağça" (Türkiyə) – "Ferensvaroş" (Macarıstan)

21:45. "Roma" (İtaliya) – "Midtyullann" (Danimarka)

21:45. "Aston Villa" (İngiltərə) – "Yanq Boyz" (İsveçrə)

21:45. "Portu" (Portuqaliya) – "Nitsa" (Fransa)

21:45. "Viktoriya" (Çexiya) – "Frayburq" (Almaniya)

21:45. "Feyenoord" (Niderland) – "Seltik" (Şotlandiya)

21:45. "Lill" (Fransa) – "Dinamo" (Xorvatiya)

21:45. PAOK (Yunanıstan) – "Brann" (Norveç)

21:45. "Ludoqorets" (Bolqarıstan) – "Selta" (İspaniya)

00:00. "Bolonya" (İtaliya) – "Zalsburq" (Avstriya)

00:00. "Sverna Zvezda" (Serbiya) - FCSB (Rumıniya)

00:00. "Qo Ahed İqls" (Niderland) – "Ştutqart" (Almaniya)

00:00. "Genk" (Belçika) – "Bazel" (İsveçrə)

00:00. "Makkabi Təl-Əviv" (İsrail) – "Olimpik Lion" (Fransa)

00:00. "Nottingem Forest" (İngiltərə) – "Malmö" (İsveç)

00:00. "Panatinaikos" (Yunanıstan) – "Şturm" (Avstriya)

00:00. "Reyncers" (Şotlandiya) – "Braqa" (Portuqaliya)

00:00. "Betis" (İspaniya) – "Utrext" (Niderland)

Избранный
136
9
fanat.az

10Источники