RU

Qadağanedici siqnal zamanı sürücülərin dayanma qaydaları açıqlandı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı zamanı dayanma qaydaları ilə bağlı mühüm xəbərdarlıq edib.

İdarədən Avtosfer.az- bildirilib ki, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı işə düşdükdə sürücü nəqliyyat vasitəsini mütləq 1.12 — «STOP» xəttinin qarşısında dayandırmalıdır.

Əgər yolda 1.12 «STOP» xətti mövcud deyilsə, sürücü aşağıdakı qaydalara əməl etməlidir:

Nəqliyyat vasitəsini kəsişən yolun hərəkət hissəsi qarşısında — piyadaların hərəkətinə maneə törətmədəndayandırmaq;

Piyada keçidi qarşısında durulmalı deyil; əksinə, piyadaların təhlükəsiz keçidinə mane olmayacaq şəkildə dayanılmalıdır;

Digər yolayrıclarında isə sürücü svetoforun qabağında dayanmalıdır.

DYP xəbərdarlıq edib ki, bu tələblərin pozulması yol hərəkəti təhlükəsizliyinə ciddi təhlükə yaradır və inzibati məsuliyyətə səbəb ola bilər. 

Sürücülərə tövsiyə edilib ki, hər zaman yol nişanlarına, svetoforlara və nizamlayıcının göstərişlərinə riayət etsinlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
87
50
avtosfer.az

10Источники