
Son iki ildə TƏBİB tabeli tibb müəssisələrində 650 mindən çox hemodializ seansı icra olunub.
Missiya.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, hazırda ölkə üzrə 4 200-ə yaxın pasiyent dializ (hemodializ və peritoneal dializ) xidməti ilə təmin olunur.
Xatırladaq ki, 2023-cü ildə TƏBİB tərəfindən "Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə tibbi xidmətlərin təşkili və təkmilləşdirilməsinə dair Komissiya" yaradılıb. Hemodializə ehtiyacı yaranan xəstələr, müvafiq həkim rəyləri əsasında, laborator və instrumental müayinə nəticələri ilə birlikdə Komissiyaya müraciət hüququ qazanır. Komissiya müraciətləri təhlil edərək, hemodializ proseduru təyin olunan xəstələrə, həmin dövr üçün yeni xəstə qəbul edə bilmək imkanı olan mərkəzlər arasından, xəstənin yaşayış ünvanına ən yaxın yerləşən hemodializ şöbələri ilkin seçim olaraq təklif olunur.