Qafqazinfo saytına istinadən ain.az xəbər verir.
Müdafiə Nazirliyinin zabiti İsmayıl Əzimli vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, “N” saylı hərbi hissənin zabiti İ.Əzimli döyüş yoldaşları ilə Vətən müharibəsində döyüşdükləri əraziləri ziyarət edərkən ölüb.
Onun nəşi dəfn edilməsi üçün sakini olduğu Biləsuvar rayonunun Səmədabad kəndinə aparılıb.
İsmayıl Əzimli ailəli idi, iki övladı yadigar qalıb.
Qeyd edək ki, mərhum zabitin atası Elman Məhərrəmov Birinci Qarabağ müharibəsində şəhid olub. Vətən müharibəsi iştirakçısı olan İ.Əzimli ordu sıralarında vətənə xidmətini davam etdirirdi.
***
“Unikal”ın məlumatına görə, hadisə Goranboy rayonunun Ağcakənd qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin bölük komandiri, baş leytenant İsmayıl Elman oğlu Əzimli hündür qayalıqdan yıxılıb.
1993-cü il təvəllüdlü baş leytenant aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Məlumata görə, hadisə hərbçinin xidmət etdiyi hərbi hissəsinin yaxınlığında olub.
Faktla bağlı Gəncə Şəhər Hərbi Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Surxay Şahbazov




Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.