RU

"İmran Xan ölməyib, sağdır" - həbsxana rəhbərliyi açıqlama yaydı


Pakistanın həbsdə olan sabiq baş naziri İmran Xanın ölməsi barədə şayiələr rəsmi şəkildə təkzib edilib. Bu barədə Pakistanın Adiala həbsxanasının rəhbərliyindən mediaya məlumat yayıb. Məlumata görə, İmran Xanın səhhəti ilə bağlı yayılan şayiələr əsassızdır və ona hərtərəfli tibbi yardım göstərilir. Bundan başqa, həbsxana rəhbərliyi onun başqa yerə köçürülməsi mümkünlüyü barədə məlumatları da təkzib edib.
Qeyd edək ki, daha əvvəl Əfqanıstanın "Afghanistan Times" media portalı İmran Xanın guya həbsxanada ölməsi barədə məlumat dərc etmişdi.

Mətləb

Избранный
22
9
baki-xeber.com

10Источники