RU

Həmin binanın sakinlərinin kirayə mənzillərə yerləşdirilməsi işləri yekunlaşır

Yazını böyüt
Yazını kiçilt

Goranboyda yararsız hala düşən beşmərtəbəli yaşayış binasının 5-ci bloku ötən gün tamamilə çöküb.

Hafta.az xəbər verir ki, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nazarov jurnalistlərə açıqlamasında bildirib ki, noyabrın 23-də sözügedən binanın 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçması ilə əlaqədar 60 ailə təxliyə edilmişdi. Ona görə də, hadisə zamanı xəsarət alan olmayıb.

Onun sözlərinə görə, rayon icra hakimiyyəti, rayon polis şöbəsi və Fövqəladə Hallar Nazirliyinin yerli qurumları gecə saatlarında gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirib, səhərədək kənar şəxslərin binaya daxil olmasının qarşısının alınması istiqamətində tədbirlər görüblər:

“Hazırda FHN yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən yerində araşdırma aparılır. Binanın taleyi ilə bağlı digər məsələlər komissiyanın verəcəyi rəyə əsasən həll olunacaq. Bildirmək istəyirəm ki, binanın sökülməsi ilə bağlı rəy yekunlaşıb və dəyərləndirmə işlərinə start verilib. Bununla yanaşı, qeyd edim ki, həmin binanın yaxınlığında - Cəfər Cabbarlı 6 ünvanında yerləşən 16 mənzilli yaşayış binasının qəzalı olması ilə bağlı ilkin rəyə əsasən, həmin binanın da sökülməsi və yeni binanın inşası nəzərdə tutulub”.

O, həmçinin bildirib ki, bloku çökən binanın sakinlərinin hamısının kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Избранный
32
hafta.az

1Источники